Dərc edildi: Baxış sayı: 563
Kriştiano Ronaldo ardıcıl 17-ci il bunu bacardı
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya çempionatının 18-ci turunun "Kalyari”ylə matçında (4:0) het-triklə yeni uğura imza atıb.
Publika.az xəbər verir ki, portuqaliyalı ulduz bununla "Böyük beşlik"də 17 il (2003-2020-ci illər) boyunca ardıcıl olaraq Avropanın aparıcı çempionatlarında qol vurub.
Bu il belə uğura yalnız "Betis"in yarımmüdafiəçisi Xoakin Sançes və "Verder"in hücumçusu Klaudio Pizarro nail olub.
Turin klubuna 2018-ci ilin yayında keçən 34 yaşlı portuqaliyalı İtaliya çempionatının cari mövsümündə 15 oyun keçirib, 13 qol vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət