Slimfit
  1. DÜNYA

Kriptovalyuta girovu ilə kredit verilir - İlk dəfə Avstraliyada

Kriptovalyuta girovu ilə kredit verilir - İlk dəfə Avstraliyada
Sakura

Kriptovalyuta girovu ilə kredit verilir - İlk dəfə Avstraliyada

Avstraliya kredit lisenziyası (ACL) əsasında fəaliyyət göstərən və Melbrun şəhərində yerləşən Helio şirkəti kriptovalyuta təminatı müqabilində kreditlər təklif etməyə başlayıb. Artıq avstraliyalı kriptovalyuta sahibləri öz rəqəmsal aktivlərini girov qoyaraq kredit əldə etmək imkanları var.

Hazırda 4 əsas kriptovalyutanı – BTC, ETH, LTC, XRP dəstəkləyir və girovun dəyərinə uyğun olaraq 48 aya qədər 17%-dən 24%-ə qədər kredit təklif edir. Müştərilərin 30, 40 və 50 faizli girov əmsalı (LTV) müqabilində kredit seçmək imkanları olacaq. Misal üçün, 30 faizli LTV ilə 10.000 avstraliya dolları kredit götürmək üçün borcalan 7.19 BTC girov qoymalıdır. Bu zaman kredit faizi 17%, aylıq ödəniş 350 avstraliya dolları (250$) olacaq. Şirkətin saytında müxtəlif kredit konfiqurasiyalarını hesablamaq üçün xüsusi kalkulyator var.

Helio-nun təsisçisi John O’Shea sözlərinə görə onun şirkəti Avstraliyada kriptovalyuta ilə təmin edilmiş kreditlər təklif edən ilk lisenziyalı təşkilatdır. Onun fikrincə ölkədə böyük rəqəmsal aktivlər bazarı mövcuddur və hesablamalara əsasən avstraliyalılar sutkada təxminən 2,8 milyon dollar məbləğində kriptovalyuta əməliyyatlarını həyata keçirir.
 
Mənbə: Fins.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR