Dərc edildi: Baxış sayı: 555
Krımın ilk Prezidenti vəfat etdi
Krımın ilk və yeganə Prezidenti Yuri Meşkov 73 yaşında dünyasını dəyişib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “İnterfaks”a siyasətçinin qızı Marianna Meşkova məlumat verib.
Məlumata görə, Meşkov insult keçirdikdən sonra Moskvaətrafı rayonda xəstəxanalardan birində müalicə alırmış.
Qeyd edək ki, Y. Meşkov 1994-cü ildə Krımın seçki ilə seçilmiş (72,9 faiz seçici sayı ilə) ilk prezidenti olub. 1995-ci ildə Ukrayna Ali Radası Krımın konstitusiyasını ləğv edərək burada muxtar respublika yaradıb. Meşkov isə bundan sonra Moskvaya köçüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət