Dərc edildi: Baxış sayı: 240
Krıma dron hücumu olub
Ukraynanın 20 dronu Krım yarımadasına hücum edib.
Ens.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 20 drondan 16-sı hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, 6-sı radioelektron mübarizə sistemi tərəfindən zərərsizləşdirilib.
Hadisə nəticəsində tələfat və dağıntıların olmadığı vurğulanıb.
Qeyd edək ki, Ukrayna tərəfi hələlik Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasını şərh etməyib.
Xatırladaq ki, daha öncə sosial şəbəkənin Rusiya seqmentində işğal altındakı yarımadada dronların uçduğuna, partlayış səslərinə dair videolar yayılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət