Slimfit
  1. TARİX

Krım xanlarının sarayı

Krım xanlarının sarayı
Sakura

Krım xanlarının sarayı

Krım xanlarının sarayı Bağçasaray şəhərində yerləşir. Bağçasaray 1530-1783-cü illərdə Krım xanlığının paytaxtı olmuşdur.
XVI əsrin əvvəllərində (1503-cü ildə) Krım Xanı I Mənqli Gəray xan dövründə tikintisinə başlanan saray, ondan sonrakı xanlar tərəfindən də genişləndirilərək bugünkü möhtəşəm halına qovuşmuşdur.
Saray ümumi görünüş olaraq Osmanlı saraylarından, xüsusilə də Topqapı sarayından qabarıq izlər daşıyır. Bunda İstanbulda yetişən Krım xanlarının geri qayıdanda İstanbulda gördüklərini Sarayda tərtib etmələri təsirli olmuşdur.
Krım xan sarayının ümumi görünüşü ilə mükəmməl bir harmoniya yaradan Xan məscidi bu günkü mənzərəsini 1740-1743-cü illərdə almışdır.
Xan məscidinin dərhal yanı başındakı qəbiristanlıq hissəsi Çar və Sovet dövründə ağır bir təxribata məruz qalmışdır.
Qəbiristanlıqda 1592-ci ildən etibarən Tatar xanlarının və həyat yoldaşlarının məzarları yerləşir. Qəbiristanlıqda yer alan künbəzləri qurğuşun örtüklü iki türbədə Krım Xanlarından I Mənqli Dövlət Gəray xan, II Qazi Gəray xan, III İslam Gəray xan və IV Mehmed Gəray xanın qəbirləri yer alır. İki türbənin yanında açıq türbə isə II Mənqli Gəray xana məxsusdur. Qəbiristanlığın yanındakı bağın başındakı zərif türbədə isə, Krım Gəray xanın gənc yaşda ölən həyat yoldaşı Dilarə Bikeçin qəbri yerləşir. Qəbiristanlıqda türbələrin başqa sahədə Krım Gəray xan, Arslan Gəray xan, II Səlim Gəray xan kimi Krım xanları ilə Titul sultanların və digər xanədan nümayəndələrinin qəbirləri yerləşir
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR