Slimfit
  1. AZƏRBAYCAN

Qorunan, təbliğ olunan muzey sərvətlərimiz

Qorunan, təbliğ olunan muzey sərvətlərimiz
Sakura

Qorunan, təbliğ olunan muzey sərvətlərimiz

Muzeylər insanların keçmişlə “ünsiyyət” yaratdıqları, tarixin “şahid”ləri ilə üz-üzə qaldıqları məkandır. Tarixin belə saxlanc yerləri həmişə insanların diqqətini özünə cəlb edir. Ona görə də dünyada muzeylərin qorunması, eksponatlarla zənginləşdirilməsinə xüsusi önəm verilir.

Ölkəmizdə də muzey işinin inkişaf etdirilməsi mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. Nazirliyin 10 illik fəaliyyəti dövründə muzey işində də uğurlu layihələr gerçəkləşdirilib. Bu gün nazirliyin tabeliyində 219 muzey fəaliyyət göstərir. Buraya 13 incəsənət, 7 ədəbiyyat, 71 tarix-diyarşünaslıq, 6 döyüş şöhrəti muzeyi, 60 Heydər Əliyev Mərkəzi, 48 ev-muzeyi, 13 ictimai profilli muzey və bir alman irsi mərkəzi daxildir. Heydər Əliyev mərkəzləri həm muzey, həm də geniş profilli mədəniyyət ocaqları kimi fəaliyyət göstərir. Mərkəzlərdə elektron kitabxanalar, müxtəlif dərnəklər fəaliyyət göstərir.
Əksər muzeylər müasir standartlara cavab verir, ekspozisiyaları günün tələblərinə uyğun olaraq yenilənir. Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007 və 2009-cu illərdə imzaladığı sərəncamlara əsasən bu sahədə bir sıra işlər həyata keçirilmişdir. Bakı şəhərində, eləcə də regionlarda muzeylərin müasir standartlara uyğun təmirinə, onların maddi-texniki bazasının gücləndirilməsinə, fondlarının komplektləşdirilməsinə, ekspozisiyaların zənginləşdirilməsinə, təkmilləşdirilməsinə diqqət artırılmışdır. M.S.Ordubadinin xatirə, N.Nərimanovun, Səməd Vurğunun, Səttar Bəhlulzadənin ev-muzeyləri, Şəkidə M.F.Axundzadənin, Lənkəranda H.Aslanovun, Göyçayda R.Rzanın, Zərdabda H.Zərdabinin xatirə muzeylərində əsaslı təmir və tərtibat işləri aparılmışdır. Füzuli, Masallı, Quba rayon tarix-diyarşünaslıq muzeyləri üçün yeni binalar inşa edilmiş və bədii tərtibat işləri həyata keçirilmişdir. Lənkəran, Mingəçevir, Abşeron, Ağsu, Beyləqan, Qusar və digər rayonların tarix-diyarşünaslıq muzeyləri əsaslı təmir və tərtibat işlərindən sonra ziyarətçilərin istifadəsinə verilmişdir. Xaçmazda Xalça Muzeyi, Naxçıvanda “Xan Sarayı” Dövlət Tarixi-Memarlıq Muzeyi yaradılmışdır.
Ölkəmizdə fəaliyyət göstərən muzeylərin xarici ölkələrdə tanınıb təbliğ olunması sahəsində də mühüm addımlar atılır. Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni inşa edilmiş muzeyi 2012-ci ildə “Avropanın ən yaxşı muzeyi” nominasiyasında mükafata layiq görülən 8 muzeydən biri olmuşdur. 2013-cü ildə Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun açılışı keçirilmişdir. Həmçinin ölkəmizdən kənardakı muzey sərvətlərimiz də diqqətdən kənarda qalmamış, Tbilisi şəhərində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi əsaslı şəkildə təmir olunmuşdur.
Bu illərdə muzey sahəsində gerçəkləşən ən möhtəşəm layihə isə Azərbaycan Xalça Muzeyinin yeni binasıdır. 2014-cü ildə istifadəyə verilən muzey orijinal üslubu bükülmüş xalçanı xatırladır. Buradakı sərgi və fondlarda 10 mindən çox eksponat və əşya saxlanılır.
Hər il ölkəmizdə qeyd edilən Beynəlxalq Muzeylər Günü (18 may) çeşidli tədbirlər, maarifləndirici layihələrlə müşayiət olunur. Milli İncəsənət Muzeyində gerçəkləşən böyük sərgilər, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Muzey Mərkəzi, “Kukla Art” qalereyası tərəfindən reallaşan sərgi və müxtəlif profilli layihələr muzey işinin təkmilləşməsi sahəsində önəmli addımlardır. Ötən illər ərzində muzeylərimizin beynəlxalq əlaqələri də genişlənmiş, əməkdaşlığa dair sazişlər imzalanmışdır.

Lalə

Mənbə: medeniyyet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR