Slimfit
  1. DÜNYA

Kremlin Ukrayna ssenarisi: Putin yeni savaşa hazırlaşır

Kremlin Ukrayna ssenarisi: Putin yeni savaşa hazırlaşır
Sakura

Kremlin Ukrayna ssenarisi: Putin yeni savaşa hazırlaşır

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu inandırıcı deyil. Hazırda Rusiya Prezidenti Vladimir Putin üçün daha sərfəli olan, təsirini qeyri-hərbi yollarla və ya kiçik konfliktlərlə bərpa etməkdən ibarətdir.

Axar.az xəbər verir ki, bunu “Apostrof”a müsahibəsində məşhur ukraynalı jurnalist Yuri Karin deyib. O, Rusiyanın Ukraynadakı daxili situasiyaya müdaxilə üçün əsasən hibrid müharibəsi alətlərindən istifadə edəcəyini bildirib. Bununla belə Karin Rusiya Prezidenti Vladimir Putinin öz reytinqini qaldırmaq üçün qələbə gətirəcək kiçik müharibədən istifadə edə biləcəyini də deyib:

“Onlara bütün Ukrayna lazım deyil. Məsələ buranı işğal etmək deyil, hansısa vasitələrlə buranı nəzarətdə saxlamaqdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR