Dərc edildi: Baxış sayı: 442
Kremldən Paşinyana növbəti cəza
Rusiya hökuməti 2020-ci ilin yanvarın 1-dən təbii qazın qiymətini 10% faiz qaldırmaq niyyətindədir.
Axar.az-ın xəbərinə görə, bu barədə “Jamanak” qəzeti məlumat yayıb.
“Əgər Ermənistan hökuməti bu il təbii qazın bahalaşmasının yükünü “Qazprom Ermənistan” şirkətinin üzərinə atdısa, bu dəfə bahalaşma birbaşa əhaliyə təsir edəcək. Ermənistan hökuməti Rusiya ilə danışıqlar aparır, lakin çətin ki, onların nəticələri ötənilkindən fərqlənsin”, - nəşr yazır.
Qeyd edək ki, hazırda Rusiya Ermənistana təbii qazın min kubmetrini 165 dollara satır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət