Slimfit
  1. İQTİSADİYYAT

Krediti qaytara bilməyənlərə yeni kredit verilməsinə başlanılır

Krediti qaytara bilməyənlərə yeni kredit verilməsinə başlanılır
Sakura

Krediti qaytara bilməyənlərə yeni kredit verilməsinə başlanılır

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı dövlət dəstəyinin ikinci mərhələsi başlayır. FED.azxəbər verir ki, ölkə bankları tərəfindən problemli borc sahiblərinə dövlət hesabına güzəştli kreditlər veriləcək. Artıq bir sıra problemli kreditlərin restrukturizasiyasına başlanılıb. Bu zaman ortaya çıxan əsas məsələlərdən biri yeni kreditlərdə zaminlərin qalıb-qalmayacağıdır. Məsələ bundadır ki, indiyədək problmli kreditlər təkcə krediti götürənə deyil, bu kredit üçün zamin olanlara da ciddi problemlər yaradırdı. İqtisadçı ekspert Vüqar Bayramov bu mövzu ilə bağlı detalları açıqlayıb:

Son 2 gündə bizə bu məsələ ilə bağlı ən çox ünvan sual belədir: yeni qaydalara əsasən restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?

Qeyd edək ki, fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə 5 il müddətinə (1 il güzəşt müddəti ilə) 1% dərəcəsi ilə yeni kredit təklif olunur.

Yeni mexanizmə görə, bank restrukturizasiya çərçivəsində yeni kredit xəttinə daha ağır şərtlər daxil edə bilməz. Eyni zamanda, əgər bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir.

Yəni, problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar.

Amma əgər bank restruktrizasiya olunacaq problemli kreditin yeni şərtləri ilə bağlı kredit götürən vətəndaş ilə razılıq əldə etməzsə o zaman bank restrukturizasiya müqaviləsi bağlamaya bilər. Şərtlər əvvəlki kredit xəttindən ağır olmamalıdır, amma qaydalara əsasən restrukturizasiya üçün bank ilə müştərinin öncədən razılığına ehtiyac var. Amma əgər restrukturizasiya müqaviləsi bağlanacaqsa o zaman zaminlər artıq zamin hesab olunmayacaqlar və onların heç bir öhdəliyi olmayacaq.

Deməli, əgər siz zamin olmusunuzsa və həmin kredit xəttinin restrukturizasiya ilə bağlı yeni müqavilə imzalanıbsa o zaman siz artıq zamin hesab edilmirsinz və hətta yeni kredit üzrə gələcəkdə yubanma olsa da belə sizdən daha krediti götürənin əvəzinə ödəniş etmək tələb oluna bilməz».

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR