Dərc edildi: Baxış sayı: 478
Kredit ödənişlərinə 3 ay güzəşt edilsin - Deputat
Kredit ödənişlərinə 3 ay güzəşt tətbiq olunmalıdır.
Axar.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında deyib.
V.Bayramov bildirib ki, bununla bağlı Mərkəzi Bank da müvafiq addımlar atmalıdır:
“Dünya bankları artıq bununla bağlı addım atır. Düşünürəm ki, bizdə də kommersiya bankları belə davranmalıdır. Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər ödənişlərə də təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, Mərkəzi Bank da kommersiya banklarına müvafiq güzəştlər edərək likvidliliyi qoruya bilər”.
Deputat gecikmələrə görə bankların əlavə faiz tətbiq etməməklə bağlı təşəbbüs göstərməsinin də vacib olduğunu deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət