Kredit ittifaqlarına bu qadağan olunacaq
Bununla bağlı “Kredit İttifaqları haqqında” qanuna müvafiq dəyişiklik təklif olunur.
“Ölkə.Az” xəbər verir ki, qanuna dəyişiklik məsələsi bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
“Kredit İttifaqları haqqında” qanunun 3-cü maddəsi olan kredit ittifaqının fəaliyyətinin əsas prinsiplərinə 2-ci bənd əlavə olunur. Təklif edilən bəndə əsasən kredit ittifaqının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağan olunur.
Qanunun 5-ci maddəsinə edilən dəyişikliyə əsasən kredit itifaqı bank əməliyyatı aparmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya almalıdır.
Qanunun 18-ci maddəsinə isə 18-1 maddəsi əlavə edilir: “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması” təklif olunur.
Qanuna dəyişiklik məqbul hesab edirlərək parlamentin plenar iclasına tövsiyyə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət