Dərc edildi: Baxış sayı: 488
Krauç yenidən Premyer Liqada
İngiltərə millisinin sabiq futbolçusu Piter Krauç yenidən Premyer Liqada çıxış edəcək.
Qol.az xəbər verir ki, 38 yaşlı hücumçu “Bernli”yə keçib. Klubun rəsmi saytı onunla mövsümün sonunadək müqavilə imzalandığını açıqlayıb.
Qeyd edık ki, mövsümün ilk yarısını “Stok Siti”də keçirən Krauç Çempionşipdə 21 oyuna çıxıb və 2 qol vurub. O, indiyədək “Sauthempton”, “Portsmut”, “Liverpul” və “Tottenhem” klublarında da çıxış edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət