Slimfit
  1. MARAQLI

Kraliyyət üzvlərinin maraqlı tanışlıq hekayələri

Kraliyyət üzvlərinin maraqlı tanışlıq hekayələri
Sakura

Kraliyyət üzvlərinin maraqlı tanışlıq hekayələri

Həyatda qismətinin səni harada gözlədiyini bilmək qeyri-mümkün haldır. Bu mövzuda kraliyyət ailəsi ən yaxşı nümunədir. Bu dəfəki yazıda sizi dünyanı özlərinə heyran qoyan şəhzadələrin evlilik hekayələri haqda danışacağıq. Daha doğrusu onların necə tanış olmaqları haqda sizləri məlumatlandıracağıq.

Beləliklə, ilk sevimli cütlük Keyt Middlton və Vilyamla başlayaq. Bu cütlük Britaniyanın ən çox izlənən və sevilən ailələrindən biridir. Onlar ilk dəfə 2001-ci ildə Şotlandiyada Sent-Endryus universitetində oxuyarkən tanış olublar. İlk tanışlıqlarını xatırlayarkən Keyt çox həyəcanlı olduğunu və görüşün qısa çəkdiyini bildirib amma nəticə etibarilə hal-hazırda evlidirlər.

Meqan Markl və Şəhzadə Harrinin tanışlığına gəldikdə onlar bu görüşü öz ortaq dostlarına borcludurlar. 2016-cı ilin iyununda görüşən cütlük bir-birinə o qədər bağlanıblar ki, 2 il çəkən münasibətdən sonra evlilik qərarı veriblər.

Şəhzadə Annanın qızı Zara Filips öz həyat yoldaşıyla 2003-cü ildə Sidneydəki Manly Wharf barında tanış olublar. Məlumat üçün bildirək ki, Zaranın həyat yoldaşıMayk Tindall reqbi komandasında oynayır və onlar tanış olarkən Mayk yarım finaldan uzaqlaşdırıldığı üçün çox kədərliymiş və o qədər içib ki, sərxoş olub. Amma bir tərəfdən itirən Mayk digər tərəfdən həyatının sevgisini tapdığından xəbərsizmiş.

Şəhzadə Annanın yeganə oğlu Piter Filipps də öz həyat yoldaşıyla 2003-cü ildə Monrealda Qran-Pridə çalışarkən tanış olub. İşin maraqlı tərəfi odur ki, Piterin hal-hazırki həyat yoldaşı Otem onun kraliyyət ailəsinin üzvü olduğunu bilmirmiş.Otem, Piterin bu ailəyə mənsubiyyətini televiziyadakı video görüntünü izlərkən görüb. Belə anlaşılır ki, Piter çox təvazökar biriymiş.

Digər bir qrafinya və qraf Sofi Elen və Şəhzadə Edurard 1987-ci ildə Britaniya radiostansiyası Capital Radioda birlikdə çalışırmışlar. Həmin vaxt Sofinin rəfiqəsi ilə görüşən Eduard sonradan 1993-cü ildə xeyriyyə tədbirində qarşılaşırlar və Sofidən Eduard ilə birgə şəkil çəkdirməsi xahiş olunur. Yəqin hər şey bundan sonra başlayıb, çünki bu artıq bu cütlük neçə illərdir həyatlarını birlikdə keçirməkdədirlər.

Kamilla Parker-Boulz və şəhzadə Çarlın da münasibətləri Çarlın 23 yaşı olarkən başlayıb. 1970-ci ilə təsadüf edən həmin dövrdə Çarl polo oynayırarkən onların münasibəti başlamış və daha sonra o, hərbi xidmətə gedərkən əlaqələri kəsilmişdi. Çarl ilk həyat yoldaşı Diana ilə boşandıqdan sonra onların münasibəti yenidən başlayıb.

 

 

Mənbə: 1lady.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR