Slimfit
  1. DÜNYA

Kraliça II Elizabet səlahiyyətlərini şahzadə Çarlza təhvil verə bilər

Kraliça II Elizabet səlahiyyətlərini şahzadə Çarlza təhvil verə bilər
Sakura

Kraliça II Elizabet səlahiyyətlərini şahzadə Çarlza təhvil verə bilər

 

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet səlahiyyətlərini vəliəhd şahzadə Çarlza təhvil verə bilər. O, bu addımı ölkənin 1937-ci ildə regentlik haqqında qəbul edilmiş qanununa əsasən atacaq. Qanunda nəzərdə tutulur ki, monarx öz səlahiyyətlərini yerinə yetirə bilmədiyi təqdirdə onları vəliəhd şahzadəyə təhvil verir.

AZƏRTAC xəbər verir ki, bu məlumatı İngiltərənin Daily Star qəzeti yayıb. Bukingem sarayındakı mənbə qəzetə bildirib ki, artıq kraliça bu addımı atmağa hazırlaşır. Saray üzrə ekspert Fil Dampir qeyd edib ki, səlahiyyətlərin ötürülməsi iki il davam edə bilər. O əlavə edib: “II Elizabet kraliça olaraq qalacaq, lakin səlahiyyətlərin əksəriyyətini şahzadə Çarlz yerinə yetirəcək”.

Britaniya mətbuatı xatırladır ki, artıq indidən 70 yaşlı şahzadə dövlət tədbirlərində monarx kimi iştirak edir.

Kraliça II Elizabet1926-cı il aprelin 21-də anadan olub. O, 1952-ci ildə atası Kral VI Georqun vəfatından sonra 25 yaşında taxta çıxıb. II Elizabet

Britaniya tarixində ən uzunömürlü və ən çox taxtda qalan monarxdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR