Kosta-Rikanın Azərbaycandakı səfirliyi bağlanır
Kosta-Rika Azərbaycandakı səfirliyini bağlayır.
“Report” xəbər verir ki, avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.
Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu məsələni şərh edərək bildirib: "Beynəlxalq təcrübəyə uyğun olaraq, hər hansı ölkədə səfirlik/diplomatik nümayəndəlik açmaq və ya bağlamaq qərarı dövlətlərin suveren hüququdur".
Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət