Slimfit
  1. DÜNYA

Kosovo ərazisinin bir hissəsini Serbiyaya verir

Kosovo ərazisinin bir hissəsini Serbiyaya verir
Sakura

Kosovo ərazisinin bir hissəsini Serbiyaya verir

Kosovo Priştina ilə Belqrad arasında yekun sülh sazişinin bağlanması müqabilində ərazisinin bir hissəsini Serbiyaya güzəştə gedəcək. 

“Gazeta Express”in məlumatına görə, bu barədə Kosovonun hökumət başçısı Haşim Taçi Vaşintqonda Beynəlxalq əlaqələr üzrə Şurada keçirilən debatda bildirib.

“Yekun sülh sazişinin qəbul olunması üçün sərhədlərdə cüzi dəyişikliyin aparılması lazım gəlirsə, bu, məqbul olmalıdır”, - deyə Taçi bildirib.

Onun sözlərinə görə, strateji əhəmiyyət kəsb edən ərazilər və obyektlərin qarşı tərəfə təhvil verilməsi nəzərdə tutulmur. Taçi buna Qazivod su anbarını, Kosovska-Mitrovitsa şəhərini və şəhərin yaxınlığında yerləşən “Trepça” sənaye kompleksini misal göstərib.

“Kosovo və Serbiya arasında razılaşmanın əldə olunması prosesi heç də asan olmayacaq. Ancaq bu, gərginlik və münaqişənin qayıtmaması üçün yeganə çıxış yoludur”, - deyə Taçi vurğulayıb.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR