Slimfit
  1. DÜNYA

Kosmosda ilk dəfə süni ət yetişdirilib

Kosmosda ilk dəfə süni ət yetişdirilib
Sakura

Kosmosda ilk dəfə süni ət yetişdirilib

İsrailin “Aleph Farms” ərzaq startapı üçölçülü printer vasitəsilə kosmosda ilk dəfə ət çap edib.

ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, startap tədqiqatçıları 2018-ci ilin dekabrından laboratoriyada ətin yetişdirilməsi ilə məşğul olsalar da, bu dəfə onun müxtəlif şəraitlərdə yetişdirilə biləcəyinə əmin olmaq istəyiblər. Laboratoriya ətinin istehsalı üçün biopsiyanın köməyi ilə inək toxumalarından müəyyən miqdarda hüceyrə nümunələri götürülüb. Sonra hüceyrələr inək bədəninin daxilindəki mühiti imitasiya edən qida maddələrinin olduğu maye ilə qatışdırılıb. Bu mühitdə hüceyrələr nazik ət parçasına çevrilib. Süni əti dequstasiyadan keçirən tədqiqatçıların sözlərinə görə, onun dadı əla olmasa da, adi mal ətinin teksturasını və dadını imitasiya edir.

Məlumata görə, ətin kosmosda yetişdirilməsi üçün “Aleph Farms” mütəxəssisləri prosesi bir qədər dəyişdiriblər. Onlar əvvəlcə inək toxuması hüceyrələrini və qida məhlulunu qapalı damarlara yerləşdirdikdən sonra damarları kosmik gəmiyə yükləyərək Yer kürəsindən 400 kilometr məsafədə yerləşən Beynəlxalq Kosmik Stansiyanın Rusiyaya aid orbitinə göndəriblər. Rusiya kosmonavtları tərəfindən “3D Bioprinting Solutions” şirkətinin flakonları maqnit printerə yerləşdirildikdən sonra hüceyrələr əzələ toxumasının istehsalı üçün çoxaldılıb. Eksperimentin uğurla başa çatması sübut edib ki, istənilən şəraitdə süni ət yetişdirmək mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR