Dərc edildi: Baxış sayı: 679
300 min dollara
Kosmosa səfər etmək istəyənlər artıq arzularını reallaşdıra biləcəklər.
“Ölkə.Az” xəbər verir ki, “New Shepard” kosmik gəmisi ilə kosmosa səfərə çıxmaq 200-300 min dollara başa gələcək. Bu barədə “Blue Origin” aerokosmik şirkətindən məlumat verilib.
Məlumata əsasən, milyarder Ceff Bezosa məxsus şirkət artıq gələn ildən bilet satışına başlayacaq.
Bir müddət əvvəl şirkət qısa zaman ərzində sərnişinlərə sınaq yürüşünə çıxacağını bildirmişdi. Bu kosmik gəmi Yerdən 100 km hündürlükdə səyahət edəcək. Sərnişin tutumu isə 6 nəfərlikdir. Artıq şirkət 8 sınaq uçuşu keçirib və uçuşlar uğurla başa çatıb.
Hikmət Həsənov
Ölkə.Az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət