Dərc edildi: Baxış sayı: 690
Kosmik Stansiyada olan heyət 7 aydan sonra Yerə qayıdıb
"Soyuz MS-11" gəmisinin içərisində Rusiyalı Oleq Kononenko, kanadalı David Sen Jak və amerikalı Enn Makkleynin olduğu buraxılış apparatı Qazaxıstanda eniş edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RİA Novosti Uçuşların İdarəetmə Mərkəzinə istinadla xəbər verib.
Kononenko, Sen-Jak və Makkleyn 2018-ci ilin dekabr ayından Beynəlxalq Kosmik Stansiyada işləyirdilər.
Hazırda Beynəlxalq Kosmik Stansiyada rusiyalı Aleksey Ovçinin və amerikalı Nik Heyqlə Kristina Ruk qalıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət