Slimfit
  1. TEXNOLOGİYA

Kosmetikada nanotexnologiyalar: mümkün təhlükələr

Kosmetikada nanotexnologiyalar: mümkün təhlükələr
Sakura

Kosmetikada nanotexnologiyalar: mümkün təhlükələr

Kosmetika istehsalında nanohissəciklərin istifadə miqyası ildən-ilə artır və istehsalçılar hesab edirlər ki, bunda pis heç nə yoxdur. Bəzi ekoloqlar isə fərqli mövqe tuturlar. “Yerin Dostları” beynəlxalq ekoloji təşkilatın avstraliyalı nümayəndələri güman edirlər ki, nanohissəciklərin kosmetikada istifadəsi arsen və qurğuşun əlavə etmək qədər zərərlidir. Test qruplarıdan təsadüfən seçilmiş bütün məhsullarda (bu qrupların sayı on idi) tədqiqatçılar nanohissəciklər aşkar etdilər, bu da üsyançılara kosmetika istehsalçılarının “insanları dəniz donuzları hesab etməyi”ni bəyan etməyə əsas verir.

Bəzi ekspertlər əmindir ki, kosmetikada nanotexnologiyalar təhlükəli ola bilər. “Yerin Dostları” nanotexnologiyalar məsələləri üzrə milli koordinatoru Corciya Millerin bildirdiyi kimi, nanotexnologiyalar istehlakçıların güman etdiyindən daha geniş şəkildə tətbiq edilir. Nanohissəciklərin olmasından başqa, test edilmiş məhsulların yetmiş faizi kimyəvi gücləndiricilərə malikdir ki, nanohissəciklərin dəri vasitəsilə qana yayılmasını asanlaşdırır. Bir çox istehsalçılar və kosmetika brendləri də ittihamlardan qaça bilməyib. Nanohissəciklər Klinik, Lakom, L’Oreal, Maks Faktor, Revlon, İv San Loran məhsullarında da tapılıb, həm də bu tərkib göstərilməyib. Kristian Dior kosmetika istehsalçısı isə nanohissəcikləri təkcə tərkibinə daxil etməyib, həm də onları inqrediyentlərin siyahısında da göstərib.

Kosmetika və gigiyenik məhsulların istehsalı məsələləri ilə məşğul olan əsas struktur ACCORD adlı avstraliya şirkətinin  nümayəndələri rəsmi olaraq ekoloqların ittihamlarıı rədd ediblər, əsas kimi araşdırma nəticələrində kosmetik məhsullardakı nanohissəciklərin həcminin göstərilməməsi oldu. Bundan başqa, ACCOR nümayəndəsi Breyq Brok bildirib ki, kosmetikada nanotexnologiyalar ancaq dəriyə təsir göstərir və tamamilə təhlükəsizdir.

Təkziblə Avstraliya Milli Universitetinin tədqiqatçısı Tomas Fons çıxış edərək bildirib ki, araşdırma nəticələri yeni kosmetikanın açıq-aşkar təhlükəsinin olduğunu göstərir. O vurğulayıb ki, nanohissəciklərin olmasını istənilən istehlakçı məhsulunda yazmaq lazımdır, bu nanohissəciklərin DNT-ə vurduğu zərər barədə bu yaxınlarda dərc olunmuş məqalələri (Alman ekspertləri nanohissəciklərdən geni modifikasiya olunmuş məhsullar qədər ehtiyatlanırlar) nəzərə alsaq, bu xüsusilə vacibdir.

Avropa Birliyində qanun qəbul edilib ki, ona əsasən tərkibində nanohissəciklər və nanomateriallar olan günəşə qarşı olandan başqa bütün kremlər 2022-ci ilə qədər testdən keçirilməlidirlər. Avstraliyada kosmetikaya belə tələblər yoxdur və tədqiqatçılar iddia edirlər ki, ondakı nanohissəciklərin həcminə görə belə qanunun tətbiqi tamamilə lazımlıdır.

Bu, ekoloq və alimlərin müasir nanotexnologiyalarınn yaratdığı təhlükə məsələsini bildirdiyi ilk hal deyil. Bəzən bəzi alimlər güman edir ki, atmosferdə sənaye miqyasında nanohissəciklərin ortaya çıxması Yerin iqlimini dəyişdirə bilər, həmçinin nanotexnologiyaların istifadəsi ilə hazırlanmış qidaların qəbulunun təhlükəsi barədə də xəbərdarlıqlar edilir.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR