Slimfit
  1. CƏMİYYƏT

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada siyasi partiya nümayəndələri təmsil oluna bilər

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada siyasi partiya nümayəndələri təmsil oluna bilər
Sakura

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada siyasi partiya nümayəndələri təmsil oluna bilər

 

Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının yenidən formalaşdırılmasından danışıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,Əli Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası hakimiyyətin 3 qolunun nümayəndələrindən ibarətdir: “İcra hakimiyyəti, məhkəmə və qanunverici orqan”.

Onun sözlərinə görə, Komissiyada parlamenti 5 nəfər təmsil edir:

“Bilirəm ki, yenidən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası formalaşdırılır. Hesab edirəm ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb orada həm də digər siyasi partiya nümayəndələrinin də təmsil olunması əhəmiyyətli olardı”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Komissiyanın rəhbəri Ramiz Mehdiyevdir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR