Dərc edildi: Baxış sayı: 954
Körpələrinə “Google” adını qoydular - Səbəbi hər kəsi təəccübləndirdi
İndoneziyada yaşayan bir ailə yaxın zamanlarda dünyaya gələn körpələrinə “Google” adını veriblər.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, körpənin anası verdiyi açıqlamada bu adı qoyma fikrinin həyat yoldaşı Andi Cahya Saputraya aid olduğunu bildirib.
Sapatruya uşağına bu adı qoymasının səbəbini belə izah edib: Ümid edirəm oğlum “Google” axtarış saytı kimi ağıllı və məlumatlı olar.
Qohumları körpəyə əvvəlcə bu adı qoymağına narazı olsa da, mənasını anladıqdan sonra bu adı bəyəndiklərini bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət