Dərc edildi: Baxış sayı: 823
Koronoavirus dəhşəti davam edir: Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq fövqəladə vəziyyət elan etdi
Çinin Uxan şəhərindən bütün yayılan virus nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb.
Koronavirusa son olaraq Tibetdə rast gəlinib. Beləliklə virus 1.4 milyard insanın yaşadığı ölkənin bütün bölgələrinə yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bu virusla bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib.
Rusiya Çinlə sərhədləri bağlamaq və bu ölkənin vətəndaşlarına viza məhdudiyyəti qoymaq qərarına gəlib.
Çindən başlayan virus epidemiyası Tayland, Cənubi Koreya, Yaponiya, Sinqapur, Vyetnam, Malayziya, Kamboca, Şri Lanka, Nepal, Filippin, Hindistan, Finlandiya, Fransa, Kanada, ABŞ, Avstraliya, BƏƏ və Almaniyada da görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət