Slimfit
  1. DÜNYA

Koronavirusun yeni yoluxma yolu ortaya çıxdı

Koronavirusun yeni yoluxma  yolu ortaya çıxdı
Sakura

Koronavirusun yeni yoluxma yolu ortaya çıxdı

Braziliya və Ekvadordan Çinə göndərilən bəzi dondurulmuş ərzaq məhsullarında virus aşkar edilib.

Ens.az Milli.Az-a istinadən xəbər verir ki, ölkənin bəzi yerlərində bu məhsulların satışına qadağa qoyulsa da, mütəxəssislər bu paketlərdən virusun ötürülə biləcəyinə dair xəbərdarlıq edib. Odur ki, Çin rəsmiləri bəzi məhsulların idxalını dayandırmağa qərar verib.

ABŞ-ın tanınmış media nəhənglərindən biri olan "Bloomberg" COVID-19-un dondurulmuş qidalarda aşkar edildikdən sonra insanları bu şəkildə yoluxdurma ehtimalını gündəmə gətirib. Mütəxəssislər dondurulmuş qidaların yoluxdurma ehtimalının çox aşağı olduğunu vurğulayıb. Bununla belə soyuducu anbar və ət kəsmə mərkəzləri soyuq və quru olduğu üçün virusun yayılması üçün əlverişli mühit yaratdığı qeyd edilib.

Honkonq Universitetinin Biostatistika və Epidemiologiya şöbəsinin müdiri Benjamin Coulinqin sözlərinə görə, virus dondurulduqda yaşamağa davam edir. Bu, infeksiyanın dondurulmuş qida yolu ilə yayılmasının mümkün olduğunu göstərir: "Dondurulmuş məhsulun üzərində qalan virusa toxunsaq, daha sonra əlimizi burun və ağzımıza vursaq, infeksiyaya yoluxma ehtimalı istisna edilmir. Çox geniş yayılma üsulu deyil, ancaq bu yolla yoluxmaq mümkündür".

Çinli həkim Jonq Nanşan da virusun idxal olunan dondurulmuş qidadan yoluxma hallarının çox nadir rast gəlinən hadisə olduğunu bildirib. (publika.az)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR