Slimfit
  1. DÜNYA

Koronavirusun yeni forması üzə çıxdı

Koronavirusun yeni forması üzə çıxdı
Sakura

Koronavirusun yeni forması üzə çıxdı

Honkonqda yaşayan 33 yaşlı kişi koronavirusdan sağaldıqdan 4 ay sonra yenidən yoluxub.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, alimlər həmin şəxsə yoluxan virusun genom sırasının ilk ötürülən virusdan tamamilə fərqliliyini və bunun dünyada ilk təsdiq olunan təkrar yoluxma olduğunu bildiriblər.

Şəxsin əvvəlcə mart ayında virusa yoluxduğu və müalicə alaraq sağaldığı, bu ay isə İspaniyaya getdiyi və orada yenidən yoluxduğu məlum olub.

Bunun ardınca Niderland və Belçikada iki oxşar hadisənin baş verdiyi açıqlanıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi, virusoloq Marion Kupmans Niderlandda immuniteti zəif olan yaşlı xəstənin bir neçə ay içində ikinci dəfə virusa yoluxduğunu söyləyib. Belçikada isə 3 ay əvvəl COVID-19-dan müalicə alan bir qadının yenidən yoluxması təyin olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR