Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusun orqanizmdə qalma müddəti müəyyən edildi

Koronavirusun orqanizmdə qalma müddəti müəyyən edildi
Sakura

Koronavirusun orqanizmdə qalma müddəti müəyyən edildi

Beynəlxalq alimlər qrupu koronavirusun orqanizmdə qalma müddətini müəyyən etmək üçün Pekin Tibb Mərkəzində tədqiqatlar aparıb.

Elmi işin nəticələri “ATSJournals” nəşrində dərc olunub. Tədqiqata əsasən həkimlər qənaətə gəliblər ki, virus COVID-19-dan sağalananların yarısının orqanizmində hətta simptomlar yoxa çıxdıqdan sonra 1-8 gün ərzində qalıb.

Buna görə də, alimlər koronavirus infeksiyasından sağalanların karantin müddətinin bir və ya iki həftə uzatmaq lazım olduğunu düşünürlər.

Mütəxəssislər orta yaş həddi 35,5 olan 16 xəstənin məlumatlarını təhlil ediblər. Onlar  28 yanvar-9 fevral tarixində müalicə keçiblər. Hazırda hamısı sağalıb və mənfi virus statusuna malikdirlər. 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR