Dərc edildi: Baxış sayı: 1354
Koronavirusun müalicəsi tapılıb - Virusa yoluxanların sayı 617 nəfərə çatıb
Çinli təbiblər koronovirusun törətdiyi yeni tip pnevmoniyanın müalicə üsulunu tapıblar.
Atv.az-ın məlumatına görə, yeni üsulla Uxan şəhərində 53 yaşlı kişini sağaltmaq mümkün olub. Uxan Universitetinin “Jonqnan” hospitalının direktoru Sia Cian bildirib ki, onlar xəstənin qanına oksigen vuraraq ağciyərin fəaliyyətini müvəqqəti dayandırıb müalicə ediblər. Bu arada Çində Koronovirusa yoluxanların sayı 617 nəfərə çatıb.Yoluxma hallarının ən çox qeydə alındığı Hubey əyalətinin Uxan şəhərində 444 nəfər virusa yoluxub, 17 nəfərsə bu virusdan ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət