Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusun gizli daşıyıcıları kimlərdir?

Koronavirusun gizli daşıyıcıları kimlərdir?
Sakura

Uşaqların koronavirusun gizli daşıyıcıları olmaları ortaya çıxdı

Çinli tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, koronavirusa yoluxmuş uşaqlarda adətən yüngül COVID-19 əlamətləri qeydə alınır. Xəstəliyin görünən əlamətləri olmadığı halda onların gizli yoluxma daşıyıcıları olduqları ortaya çıxıb.

Ens.az bildirir ki, mütəxəssislər, iki aydan 15 yaşa qədər olan COVID-19 xəstələri ilə yaxın təmasda olan və ya yoluxma hallarının qeydə alındığı ailənin üzvü olan 745 uşaq haqqında məlumatları təhlil ediblər. Cəmi 10 uşağa (1,3 faiz) SARS-CoV-2 koronavirus diaqnozu qoyulub ki, onlardan heç birində ciddi simptomlar olmayıb. Həmin uşaaların yeddisində 39 dərəcədən yüksək olmayan hərarət qeydə alınıb.

Alimlər qeyd edirlər ki, bəzi hallarda uşaqlarda boğaz ağrısı, öskürək və burun tutulması olur, lakin yetkin xəstələrin əziyyət çəkdiyi əzələ və baş ağrılarına rast gəlinmir. Döş qəfəsinin rentgenoqrafiyası uşaqların heç birində sətəlcəm əlamətləri göstərməyib. Ancaq uşaqlar digər uşaqları əvvəllər güman edildiyindən daha uzun müddət ərzində yoluxdura bilərdilər. Burun və udlaqların yaxması koronavirus üçün mənfi nəticə göstərsə də, xəstəxanadan çıxdıqdan 13 gün sonra nəcisdə virus aşkar edilib.

Qeyd edək ki, son məlumatlara görə, koronavirus nəticəsində ölənlərin sayı 6705-ə çatıb, infeksiyaya yoluxma hallarının ümumi sayı 174 786 olub, bunlardan 77 657 nəfəri sağalıb.

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR