Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusun daha bir simptomu müəyyən edilib

Koronavirusun daha bir simptomu müəyyən edilib
Sakura

Tədqiqatı amerikalı alimlər aparıblar

Həkimlər koronavirusun daha bir tez-tez rastlanan simptomu - həzm pozuntusu barədə məlumat veriblər. Ens.az sayrı bildirir ki, bu istiqamətdə aparılmış iki tədqiqatın nəticələri "The American Journal of Gastroenterology " və "Clinical Gastroenterology and Hepatology" jurnallarında dərc edilib.

İlk araşdırma xəstəliyin yayılma mərkəzinə çevrilən Çinin Uhan şəhərində üç xəstəxanada aparılan müşahidələrə əsaslanır. Fevralın 18-dən 28-dək alimlər koronavirus xəstəsi olan 204 xəstənin simptomlarını təhlil edərək müəyyənləşdiriblər ki, onların təqribən yarısı əsasən həzm pozğunluqlarından şikayət edir: ishal və ya anoreksiya (tam iştahsızlıq). Digər simptomlar ürək bulantısı, qusma və qarın ağrısı olub.

Tədqiqata görə, həzm simptomları olan xəstələrdə tənəffüs əlamətləri olanlara nisbətən xəstəliyin ilk əlamətlərinin görünməsi ilə xəstəxanaya yerləşdirmə arasında daha uzun bir boşluq var. Üstəlik, belə insanlar xəstəxanada daha uzun müddət qalıb, müalicələri daha çətin keçib.

Elm adamlarına görə tənəffüs əlamətləri ilk dalğanı meydana gətirən ən ağır xəstələrdə özünü göstərdi. Buna görə də onlar əsas kimi təsvir edildi və bütün qüvvələrini onlarla mübarizə aparmaq üçün göndərdilər.

Bundan başqa, araşdırma müəllifləri koronavirusa yoluxmuş bəzi xəstələrdə həzm pozğunluqları olan, amma tənəffüs əlamətlərinə rast gəlinməyən bir neçə hal aşkar etdiklərini də qeyd ediblər.

İkinci bir araşdırmada, Nyu Yorkdakı İkan Tibb Məktəbinin alimləri, xroniki həzm pozğunluğu olan xəstələrlə əlaqədar qastroenteroloqların əsas məlumatlarını ümumiləşdirdilər.

Alimlərin fikrincə, immunosupressiv dərman qəbul edən bağırsaq iltihabı xəstəlikləri olan xəstələrə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, bu cür yoluxmuş insanlar karantin və özünü təcridetmə rejiminə digərlərindən daha ciddi şəkildə əməl etməlidirlər.

Son məlumatlara görə, dünyada 242 mindən çox koronavirus infeksiyası qeydə alınıb. Onlardan 9991 nəfər ölüb, 84 mindən çox insan sağalıb.

Mənbə: health.mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR