Dərc edildi: Baxış sayı: 475
Koronavirusu xərçəngə qarşı dərmanla müalicə edəcəklər
Koronavirusun müalicəsində Norveçdə sınaqdan keçirilən xərçəngə qarşı “bemsentinib”adlı preparat istifadə ediləcək.
“Daily Mail” xəbər verir ki, Böyük Britaniyada “bemsentinib” koronavirus müalicəsində istifadəsinə icazə verilən altı dərmandan biri olacaq.
Artıq bu həftə preparatı xəstəliyə yoluxan 120 nəfərə verəcəklər.
Ayova universitetinin apardığı araşdırmalar bu preparatın insan immunitetini gücləndirdiyini və infeksiyanın ağ ciyərlərdə yayılmasının qarşısını aldığını göstərib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət