Slimfit
  1. DÜNYA

Koronaviruslu xəstə müalicə xərclərindən şok keçirdi - 1 milyon dollar…

Koronaviruslu xəstə müalicə xərclərindən şok keçirdi - 1 milyon dollar…
Sakura

Koronaviruslu xəstə müalicə xərclərindən şok keçirdi - 1 milyon dollar…

ABŞ-da koronavirus xəstəsi sağaldıqdan sonra evə gələn xəstəxana qəbzini görərkən şok keçirib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, ABŞ-da COVİD-19-la mübarizə aparıb “Superman” ləqəbi alan 70 yaşlı Maykl Flor 62 gün sonra xəstəxanadan evə buraxılıb. Lakin evə gələndən sonra yaşlı kişi 181 səhifədən ibarət 1 milyon 122 min 501 dollar 4 qəpik dəyərində olan xəstəxana çekini görəndə “Ürəyim bunu götürməz, infarkt olacam” deyə bildirib. Belə ki, çekdə xəstənin 42 gün reanimasiyada qaldığı müddətdə eləcə də əlavə günlərin hər biri üçün ona çəkilən xərclər bir-bir qeyd edilib.

M,Flor sığortasının olduğunu və xərcləri ödəməyəcəyini deyib. 

ABŞ-ın səhiyyə sistemi Covid-19 epidemiyası səbəbindən tənqid olunmağa davam edərkən, xəstəxanada qalmaq haqqında qanunla əlaqədar detallar da diqqət çəkib. Belə ki, reanimasiyada qalmağın gündəlik dəyəri 9,736 dollar olaraq açıqlansa da, Florun 42 gün ərzində reanimasiyada olduğu müddətdə yalnız bu xərcin 408 min dollar hesablanması tənqidə məruz qalıb.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR