Slimfit
  1. DÜNYA

Koronaviruslu Çində qeyri-adi toy

Koronaviruslu Çində qeyri-adi toy
Sakura

Koronaviruslu Çində qeyri-adi toy

Çində tüğyan edən koronavirus bu ölkədə yeni toy ənənəsinin yayılmasına səbəb olub.

Bu barədə “Report” “Sinxua” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, ölkənin Çinin şərqindəki Şandun əyalətində cütlük "təhlükəsiz" nikah mərasimi nümunəsi göstərib.

Açıq səma altında toy cəmi iki dəqiqə davam edib. Mərasimdə cəmi 6 nəfər iştirak edib: bəy - Çjan Lun, gəlin - Çen Syao və onların valideynləri. Mərasim iştirakçılarının hamısı maskadan istifadə edib.

Toyu gəlinin atası aparıb, onun anası isə cütlüyün şəkillərini çəkməklə məşğul olub.

Qeyd edək ki, Çində yeni tip koronavirusun yayılması ilə əlaqədar sakinlərə evdə qalmağı və insanların kütləvi toplaşdığı yerlərdən çəkinməyi məsləhət görürlər. Bununla əlaqədar olaraq, bir çox cütlüklər toy mərasimlərini təxirə salmalı olublar. Lakin Çjan Lun və Çen Syao mərasimi planlaşdırılmış vaxtda təşkil etməyə qərar veriblər.

"Yaranmış vəziyyət əlaqədar biz toya qonaq çağırmamamağa və banket təşkil etməməyə qərar verdik", - Çjan Lun deyib.

Tamada ikidəqiqəlik toyda tez, qısa çıxış edib, cütlüklər səmaya və torpağa, valideynlərə və bir-birilərinə təzim ediblər. Amma onların hətta kəbin andlarını içməyə imkanları olmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR