Slimfit
  1. DÜNYA

Koronavirusla mübarizəyə xərclənəcək trilyonlar- SİYAHI

Koronavirusla mübarizəyə xərclənəcək trilyonlar- SİYAHI
Sakura

Koronavirusla mübarizəyə xərclənəcək trilyonlar- SİYAHI

Virusun meydana gəldiyi ölkədə, Çində 25 milyard avro məhz koronavirusun qarşısının alınması və xəstələrə yardım üçün nəzərdə tutulub.

Koronavirusla mübarizədə ən çox pul ayıran ölkə kimi ABŞ siyahıda deyəsən ilk yerdə qərarlaşacaq. Çünki bu ölkə virusla mübarizəyə 1 trilyon dollar pul ayırmağı düşünür. Hələ ki, Tramp 850 milyard dollar vəsait ayırıb, amma bu rəqəmin 1 trilyon dollara çatması istisna deyil.

ABŞ-ın ardınca virusa qarşı ayrılan ən böyük məbləğ Almaniyadır. Belə ki, bu ölkə 614 milyard avro kredit götürərək ölkə  tarixində bənzəri olmayan bir büdcə ilə virusa qarşı mübarizəyə başlayıb.

 

İsveçrə hökuməti də virusla mübarizəyə kifayət qədər önəm verir. Belə ki, İsveçrə maliyyə naziri Magdalena Andersson koronavirusla mübarizə üçün 30 milyard avro ayrıldığını bildirib. Maliyyə naziri bu rəqəmin daha da artacağını deyib.

Ölü sayının ən çox qeydə alındığı İtaliya da koronavirusla mübarizə aparmaq üçün geniş miqdarda pul ayıran ölkələr sırasındadır. Ölkə prezidenti Konte 27.3 milyard avro vəsaitlə virusa qarşı tədbirlərin görüldüyünü deyib.

Bütün dünyanı öz təsiri altına alan koronavirus Fransadan da yan keçmir. Küçəyə çıxmağa belə qadağa qoyulan bu ölkədə virusla mübarizə üçün 300 milyard avro pul ayrılıb.

Karantin tətbiq edilən İspaniyada isə virusun yayılmasının qarşısını almaq məqsədi ilə 200 milyard avro, Hollandiyada isə 100 milyard avro vəsait xərclənəcək.

Bundan başqa Cənubi Koreya koronavirusa qarşı 4.4 milyard avro, Macarıstan 5.6 milyard avro, Rumıniya 3.1 milyard avro, Slovakiya 2.5 milyard avro, Yunanıstan 1.8 milyard avro, Portqualiya 1.4 milyard avro, Litva 1.5 milyard avro pul ayırıb.

Qardaş ölkə, Türkiyədə virusa qarşı mübarizə üçün 14.3 milyard dollar, Özbəkistanda isə 1 milyard dollar vəsait  ayrılıb.

 

Mənbə: olaylar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR