Slimfit
  1. CƏMİYYƏT

Koronavirusla mübarizəyə 15 min tibb işçisi cəlb olunub - RƏSMİ

Koronavirusla mübarizəyə 15 min tibb işçisi cəlb olunub - RƏSMİ
Sakura

Koronavirusla mübarizəyə 15 min tibb işçisi cəlb olunub - RƏSMİ

“Bu günə qədər koronavirusla mübarizəyə qoşulan həkim personalının fəaliyyəti yüksək qiymətləndirilir”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov bu gün operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində deyib.

O bildirib ki, bu gün 15 min tibb işçisi koronavirusla mübarizə aparır:

“Ümumilikdə 54 xəstəxana COVID-19-la mübarizəyə cəlb olunub. Hazırda onlardan 34-də koronavirusla mübarizə çərçivəsində xəstələr müalicə alır. Növbəli olaraq 3-5 min tibb işçisi koronavirus xəstələrinə xidmət edir”.

Onun sözlərinə görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası da koronavirusla mübarizəyə qoşulduğu gündən yüksək səviyyədə xəstələrə xidmət göstərib:

“Xəstəxanamızın çarpayı bazası, süni tənəffüs aparatları və xəstəliyin mübarizəsində zəruri olan avadanlıqlarla təmin olunub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR