Koronavirusla mübarizə üçün xaricdən həkimlərin gətirilməsi ilə bağlı AÇIQLAMA
"Xarici ölkələrdən Azərbayacana həkimlərin gətirilməsi bizim üçün çox vacibdir".
Ens.az Sonxeber.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, həkimlərin ölkəyə gəlməsi dövlətlərarası razılaşma ilə həyata keçirilir:
"Onlar bura gəlməmişdən məsələyə ciddi şəkildə hazırlıq görülür. Hazırda çox ölkələrdə yoluxmanın sayı azalmağa doğru gedir. Vəziyyət nəzarət altındadır. Çindən və İtaliyadan gələn həkimlər ən çox xəstə qəbul etmiş xəstəxanalarda çalışıblar".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət