Slimfit
  1. AZƏRBAYCAN

Koronavirusla bağlı xəbərləri buna görə həvəslə yayırlar... – Şərh

Koronavirusla bağlı xəbərləri buna görə həvəslə yayırlar... – Şərh
Sakura

Koronavirusla bağlı xəbərləri buna görə həvəslə yayırlar... – Şərh

İranda yüksək vəzifəli şəxslərin koronavirusa yoluxması epidemiyanın miqyasının cənub qonşumuzda geniş olması ilə bağlıdır. Təsadüfi deyil ki, Yaxın və Orta Şərq ölkələri arasında koronavirusdan ölümün ilk dəfə təsdiqləndiyi ölkə İrandır. Bu günə olan məlumata görə, İranda xəstəliyə 10075 nəfər yoluxub, onlardan 514 nəfəri vəfat edib. 2959 nəfər isə sağalıb. Ağır və kritik vəziyyətdə olanların sayı isə açıqlanmır. Təkcə son bir sutka ərzində ölkədə koronavirusdan 85 nəfər həyatını itirib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Müsahibimiz qeyd edib ki, bu günlərdə sosial şəbəkələrdə bir tibb bacısının ağlaya-ağlaya yüzlərlə adamın koronavirusdan ölməsi barədə məlumat verdiyi videosu yayılmışdı:

“İran virusun ölkənin bütün bölgələrini bürüdüyünü və ölənlərin sayının çox olduğunu gizlətmir. İran parlamentində fevralın 21-də keçirilən seçkilər nəticəsində millət vəkili seçilmiş 5 nəfər bu xəstəliyə yoluxub, onlardan 3-ü sağalıb, ikisi isə ölüb. Çox sayda vəzifəli şəxs, hətta Səhiyyə naziri də yoluxmuşdu, amma o sağaldı. İndi isə İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş Xarici İşlər naziri Əli Əkbər Vilayətinin koronavirusa yoluxmaq şübhəsi ilə karantinə alındığına dair məlumat yayılıb. Tehran rəsmiləri bununla demək istəyirlər ki, İran cəmiyyətində aşkarlığı və şəffaflığı təmin edirlər. Yəni, bu xəstəlik ölkənin siyasi elitasında təmsil olunan insanları da tutur və bəzən onları öldürə bilir”.

Qabil Hüseynli bildirib ki, İran cəmiyyətində hökumətin gördüyü tədbirlərdən narazılıq var:

“Xəstələnib sağalan millət vəkillərindən biri parlamentin iclasında İran hökumətini koronavirusun müalicəsi və onun qarşısının alınması üçün görülən karantin tədbirlərini pisləmişdi. Bildirmişdi ki, görülən tədbirlər yetərli deyil. Qeyd etmişdi ki, İran bu xəstəliyin qarşısını almaq imkanına malikdir. Ona görə də hökumətin zəif işini tənqid etmişdi”.

Politoloq əlavə edib ki, İran dövləti ideoloji, teokratik dövlətdir və təbliğata böyük əhəmiyyət verir:

“Rəsmi Tehran xüsusilə əhali arasında ovqatın öyrənilməsinə və yönləndirilməsinə önəm verir. Ona görə də bu xəstəliyə siyasi elitanın aparıcı nümayəndələrinin də yoluxması ilə bağlı xəbərləri həvəslə yayırlar. Zənnimcə, bunun da rolu var”.

Həmsöhbətimiz digər bir məqama da diqqəti yönləndirib:

“İranın bir mühüm məsələsi koronavirusun olduğu dövrlərdə ABŞ-ın ona tətbiq etdiyi sanksiyaların götürülməsi ilə bağlıdır. Tehran bununla bağlı BMT-yə də müraciət edib. BMT-nin Baş katibi İranın mövqeyini müdafiə edib və bildirib ki, pandemiyanın geniş yayıldığı dövrdə İrana xüsusi tibbi ləvazimatların, dərman vasitələrinin, qidaların göndərilməsinə qadağa qoyulmamalı və ən azı bununla bağlı qoyulan sanksiyalar götürülməlidir. Yəni humanitar yardım məsələsinə də xüsusi diqqət yetirilməlidir. Çünki koronavirusun ən çox yayıldığı ölkələr arasında İran Çin və İtaliyadan sonra üçüncü yerdə dayanır. Yəni, İran həm beynəlxalq miqyasda özünə kömək, dəstək qazanmaq istəyir, həm də daxildəki əhval-ruhiyyəni tənzimləmək istəyir”.

Qeyd edək ki, İran hakimiyyətinin yüksək vəzifəli rəsmi şəxslərinin koronavirusa yoluxmasına dair tez-tez məlumatlar yayılır. Sonuncu dəfə İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin koronavirusa yoluxmaq şübhəsi ilə karantinə alındığı açıqlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR