Dərc edildi: Baxış sayı: 513
:0
Koronavirusla bağlı problemlər dərinləşsə, karantin uzadılacaq - RƏSMİ
“Xüsusi karantin rejimi və koronavirusun bitməsi vətəndaşlardan da asılıdır”.
Ens.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.
O bildirib ki, vətəndaşlar dövlət tərəfindən tövsiyə olunan xüsusi karantinlə bağlı qaydalara ciddi əməl etsələr, bu xəstəliyin qısa zamanda bitəcəyinin şahidi olacağıq”.
“Əhali sosial məsafəyə, tibbi maskaların taxılması kimi qaydalara əməl etməsələr, bu problem daha da uzanacaq və dərinləşəcək. Dövlət məcburiyyət qarşısında qalıb, daha ciddi xüsusi karantin rejimi tətbiq edəcək. Bu da arzuolunan hal deyil”, - deyə A.Əliyev qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət