Slimfit
  1. AZƏRBAYCAN

“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA

“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA
Sakura

“Koronavirusla bağlı dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir” - AÇIQLAMA

“Ölkədə koronavirusa yoluxan xəstələrin 5-6 faizində ağırlaşma, kritikləşmə qeydə alınıb ki, onlar ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsində müalicə alırlar”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində deyib. 

O bildirib ki, bu günə qədər ağciyərlərdə bu cür ağır fəsadlar yaradan infeksiya ilə qarşılaşmayıblar:

“Təbii ki, ağır vəziyyətdə olan xəstələrdə ölüm riski çox olur. Bu günə qədər həyatını itirən xəstələr olub. Beş ay ərzində biz ölkədəki vəziyyəti analiz etmişik və dünya ölkələri ilə müqayisədə, ən yaxşı nəticələr bizdədir”.

E.Qasımov pandemiya dövründə dövlət dəstəyindən danışıb:

“Xəstələrin müalicəsində dərman təchizatı ölkə tərəfindən qarşılanıb. Bu, bizə çox kömək olub. Təbii ki, payız aylarında ikinci dalğa olarsa, biz dövlətimizin dəstəyi ilə vətəndaşlarımıza xidmət göstərməyə, virusla mübarizəyə hazırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR