Slimfit
  1. CƏMİYYƏT

Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir

Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir
Sakura

Koronavirusla bağlı araşdırmalar müsbət nəticələr verir

Dünyada koronavirusla mübarizə ilə bağlı geniş formada aparılan araşdırmalar öz bəhrələrini verməyə başlayıb.

Report” xəbər verir ki, bunu “The Guardian” yazıb.

Məqalədə qeyd olunub ki, Çində aparılan iki araşdırmanın nəticəsində xəstəlikdən sağalan iki nəfərin qanından əldə edilən plazmanın COVID-19-un müalicəsində yararlı olacağı qənaətinə gəlinib.

Məlumata görə, Çində iki ayrı xəstəxanada işləyən həkimlərdən ibarət iki araşdırma qrupu antikor baxımından zəngin plazmanı vəziyyəti ağır olan 15 xəstəyə tətbiq edib və bir çoxunda müsbət inkişafın olduğu müşahidə edilib.

Qeyd edilib ki, xəstələrdə daha öncə ortaya çıxan nəfəs çatışmazlığı, yüksək hərarət və öskürək kimi simptomlar bu metod sayəsində 3 gün ərzində yaxşılaşma işartılarını verib.

 

 

Bundan başqa, İsveç Kral Texnologiya İnstitutu insanda koronavirusu tez bir zamanda aşkar edən, həmçinin onun virusa qarşı antikora sahib olub-olmamasını təyin edən testi icad etdiyini açıqlayıb.

“Ümid edirik ki, Etik Yoxlanışlar Komissiyası bu testi təsdiqləyəcək. Apreldə gündə 7 min, mayda isə 14 min test edə bilərik”.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 523 000-i ötüb. Bunların 332 800 nəfəri sağalıb, 88 956 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR