Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusla bağlı 7 ən populyar sual - Almaniyalı həkim cavablandırır

Koronavirusla bağlı 7 ən populyar sual - Almaniyalı həkim cavablandırır
Sakura
:0

Koronavirusla bağlı 7 ən populyar sual - Almaniyalı həkim cavablandırır

Tibb elmləri doktoru, Berlin Gigiyena İnstitutunun mütəxəssisi Klaus-Diter Zastrou koronavirusla bağlı ən populyar 7 suala cavab verib.

Saglamolun.az bildirir ki, alimin cavabları Almaniyanın tanınmış “Bild”  qəzetində dərc olunub.

1. Yoluxmadan dərhal sonra nə baş verir?

Heç nə. Simptomlar 5-ci-8-ci gün meydana çıxmağa başlayır.

2. Koronavirusun ilk simptomları hansılardır?

Hər şey quru öskürək, burun tutulması və boğazda qıcıqlanmadan başlayır. Daha sonra öskürək artır, qızdırma qalxır.

Sonra nəfəsalma problemləri meydana çıxa bilər. Özünüzdə təngnəfəslik kimi simptomu qeyd edirsinizsə, dərhal həkimə müraciət edin. Bu COVID-19-la bağlı olan pnevmoniyanın inkişafına işarə edir.

3. İnsan necə anlaya bilər ki, orqanizmdə nəsə baş verir?

Birinci təhlükəli simptom - nəfəsalma zamanı ağciyərdə ağrılar. Bu ağrılar belə vurur. Digər simptom – yüksək qızdırma (38,5 C-dən yüksək).

4. Pnevmoniya nə üçün bu dərəcədə təhlükəlidir?

Pnevmoniya zamanı ağciyər orqanizmi oksigenlə tam şəkildə təmin edə bilmir. Nəticədə bütün daxili orqanlar zərər görür.

5. Antibiotiklər müalicə zamanı kömək edirmi?

Xeyr. Koronavirus xəstəliyinin xüsusi müalicəsi yoxdur. Biz yalnız simptomatik müalicə aparırırq – ağrıları azaldırıq, qızdırmanı salırıq, ağciyəri selikdən təmizləyirik, xəstəyə nəfəs almağa yardım edirik. 

6. Müalicə nə qədər davam edir?

Müalicə 5-12 gün davam edə bilər. Lakin bu daha çox xəstənin orqanizmindən asılıdır.

7. Koronavirusdan ölüm riski kimdə daha yüksəkdir?

İnfeksiya bütün yaş qrupları üçün təhlükəlidir. Lakin 75 yaşdan yuxarı insanlarda ölüm riski daha yüksəkdir.

Ürək qüsurları, ürək çatışmazlığı, yüksək təzyiq, şəkərli diabet, xroniki obstruktiv ağciyər xəstəliyi (siqaret çəkənlər arasında yayılmış xəstəlikdir) kimi pozulmaları olanlar yaşdan asılı olmayaraq risk qrupuna aiddir.    

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR