Slimfit
  1. DÜNYA

Koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır

Koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır
Sakura

Koronavirusdan sağalanların immunitetində uzunmüddətli problemlər yaranır

Koronavirusdan sağalanların immun sistemində uzunmüddətli pozuntular yaranır.

“İzvestiya”nın verdiyi məlumata görə, bu barədə Çinin Uhan şəhərində yerləşən Virusologiya İnstitutunun alimləri xəbərdarlıq ediblər.

Onlar qanlarında immun hüceyrələrin sayının zaman keçdikcə necə dəyişdiyini öyrənmək üçün koronavirusdan sağalan 55 xəstənin vəziyyətini araşdıraraq belə nəticəyə gəliblər.

Həkimlər koronavirusun limfositlərə (immunitetə cavabdeh olan qan hüceyrələrinə) təsirini araşdırarkən limfopeniyanın (qanda limfositlərin səviyyəsinin müvəqqəti və ya davamlı azalması) COVID-19-a yoluxanlarda tipik simptom olduğunu müəyyənləşdiriblər.

Bundan əvvəl, Harvard Universitetinin professoru Tobias Kurt koronavirus xəstələrinin sağalmasından bir neçə ay sonra da davam edən uzunmüddətli təsirləri barədə məlumat vermişdi.

Bununla belə, o, bu fəsadların xroniki hala gələ biləcəyi, yaxud zamanla keçəcəyini iddia etmək üçün virusun hələ kifayət qədər ətraflı öyrənilmədiyinə diqqət çəkmişdi.

Mənbə: Oxu.az 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR