Slimfit
  1. DÜNYA

Koronavirusdan sağalan gənc: "Əvvəl adi qrip idi, ancaq, sonradan ortaya çıxan bir əlamət..."

Koronavirusdan sağalan gənc: "Əvvəl adi qrip idi, ancaq, sonradan ortaya çıxan bir əlamət..."
Sakura

Koronavirusdan sağalan gənc: "Əvvəl adi qrip idi, ancaq, sonradan ortaya çıxan bir əlamət..."

Koronavirusdan sağalan gənc xəstəliklə mübarizədə vacib məqamlardan danışıb.
Yeniavaz.com
 "BBC Türkçə"yə istinadla xəbər verir ki, koronavirusa yoluxan İngiltərə vətəndaşı Konor Rid mərhələ-mərhələ xəstəliyə necə yoluxduğunu və sağaldığını açıqlayıb. Həmin şəxsin dediklərini olduğu kimi təqdim edirik:
"Məndə koronavirus 3 mərhələdə ortaya çıxdı. Əvvəl bir az soyuqdəyməm vardı. Hər kəsin keçirdiyi adi soyuqdəymə idi. Sonra qrip mərhələsinə keçdim. Həyatımda bir neçə dəfə qrip olmuşdum, ancaq, bu, gördüyüm ən pis qrip idi. Daha sonra sağaldım, ancaq, məndə pnevmoniya əlamətləri ortaya çıxmağa başladı. Bu mərhələdə xəstəxanaya getmək qərarına gəldim çünki, vəziyyətin ciddi oduğunu hiss eləmişdim".
Konor Rid söhbətin davamında bildirir ki, bu vaxt bir əlamət, nəfəs alıb-verməkdə yaşadığı çətinlik onda müəyyən şübhələr oyadıb:
"Bu vaxt narahat olmağa başladım. Bu müddətdə burun tutulması, ağır öskürəklər mənə narahatlıqlar verirdi. Ümumi olaraq özümü o qədər də pis hiss etmirdim ancaq, məndə halsızlıq vardı. İşıq və səsdən çox narahat olurdum, ancaq istirahət etmək istəyirdim. Yaxşı hiss eləmirdim ancaq, həyati təhlükəm də yox idi. Pnevmoniya olanda mənə elə gəlirdi ki, ağciyərimin sadəcə yarısından istifadə edirəm". 
İngiltərə vətəndaşı bildirdi ki, nəfəs ala bilməsinə baxmayaraq, sanki bədəninə lazımi qədər oksigen getmirdi:
"Ağciyərlərimdə ağırlıq hiss edirdim, yüklənmiş kimi idi. Mənim xəstəliyə yoluxmağım və sağalmağım bir ay çəkdi. Xəstə olduğum müddətdə həyatımda bir çox şey dəyişdi. Mən inanıram ki, Çin hökuməti bu virusla mübarizədə lazımi tədbiləri görəcək və hər şey yaxşıya doğru gedəcək. Koronavirusun yayıldığı yerlərdə karantin elan edilməsi olduqca yaxşı haldır ancaq, insanlar şəxs olaraq lazımi tədbirləri görməlidirlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR