Slimfit
  1. CƏMİYYƏT

Koronavirusdan qorunmaq üçün qiymətli həkim məsləhəti

Koronavirusdan qorunmaq üçün qiymətli həkim məsləhəti
Sakura
:0

Koronavirusdan qorunmaq üçün qiymətli həkim məsləhəti

Stupino Mərkəzi Klinik Xəstəxanasının Tibbi Profilaktika Mərkəzinin müdiri Nadejda Fomina mağazaya və ya aptekə gedərkən koronavirus pandemiyasının yayılması təhlükəsi aradan qaldırılana qədər küçədən evə necə daxil olmaq lazım gəldiyini izah edib.

Qaynarinfo xəbər verir ki, həkimin dediyinə əsasən, hər şeydən əvvəl, mənzilin girişində xlor tərkibli maye ilə isladılmış bir bez qoymaq lazımdır.

Ayaqqabılarınızı sildikdən və mənzilə girdikdən sonra, açıq qalmış dərinizə toxunmadan əlcək və maskanı diqqətlə çıxarmaq lazımdır. Bundan sonra istifadə olunan tibbi qurğular bir çantaya qoyulmalı və yaxşıca bağlanmalıdır. Yenidən istifadə edilə bilən maskalar və əlcəklərisə atmaq lazım deyil, onlar yaxşıca qaynadılmalı, sonra ütülənməlidir.

Küçəyə geyinilmiş üst paltarlar isə çıxarılaraq ayrıca asılmalıdır. Balkonda asmaq daha məsləhətlidir.

Ayrıca, həkimə görə, aldıqlarınızı yığdığınız çantanı antiseptiklərlə və ya 60%-lik izopril spirti ilə dezinfeksiya etmək lazımdır. Bundan sonra çantanızı parça ilə silib atmalısınız.

Daha sonra isə əlinizlə toxunduğunuz hər şeyi - telefonu, bank kartını, açarları izopropil spirti ilə təmizləmək lazımdır.

Alınan məhsullar isə sabunla yuyulmalıdır. Hermetik şəkildə möhürlənmiş məhsullar almaq daha yaxşıdır. Çəki ilə olan şirniyyat məhsullarındansa imtina etməlisiniz, çünki tort və ya məsələn, piroqu sabunla yuya bilməzsiniz. Ancaq çəki ilə meyvə ala bilərsiniz.

Eynək taxırsınızsa, onlar da sabunla yuyulmalı və ya antiseptik salfetlər ilə silinməlidir

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR