Slimfit
  1. CƏMİYYƏT

Koronavirusdan qorunmaq üçün ən yaxşı maska hansıdır?

Koronavirusdan qorunmaq üçün ən yaxşı maska hansıdır?
Sakura

Koronavirusdan qorunmaq üçün ən yaxşı maska hansıdır?

Dünya üzrə təyin olunmuş standartlara görə, N95 tipli maskalar havadakı hissəciklərin 95 faizini filtrləyə bilir.

Baku.Tv xəbər verir ki, bu cür filtrləmə insanları koronavirus təhlükəsindən qoruya bilər.

Xəstəxanalarda gördüyümüz tək istifadəlik üz maskaları isə əslində həkimlər, tibb bacıları və digər səhiyyə mütəxəssisləri tərəfindən xəstəni özlərindən qorumaq üçün istifadə olunur. 

 

Həkim-infeksionist Sədrəddin Atakişizadə bildirir ki, bu gün sağlam insanların hər birinin maska taxması çox önəmli deyil. Maskadan ən çox xəstələr istifadə etməlidir. Lakin bəzi istisnalar var. 

Əgər yanımızda xəstə insan varsa, növündən asılı olmayaraq maskadan istifadə etmək məsləhət görülür.

Koronavirusa qarşı qabaqlayıcı tədbir görmək istəyirsinizsə, seçəcəyiniz maskaya diqqət yetirməli, maskanı tez-tez dəyişdirməyə, çirklənməməsi ya da islanmamasına diqqət etməlisiniz. 

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR