Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusdan ölüm ehtimalını bu yolla müəyyən etmək mümkün olacaq

Koronavirusdan ölüm ehtimalını bu yolla müəyyən etmək mümkün olacaq
Sakura

Koronavirusdan ölüm ehtimalını bu yolla müəyyən etmək mümkün olacaq

Qan analizi COVID-19-a yoluxmuş şəxsin vəziyyətinin ağırlıq dərəcəsini müəyyən edə bilər.

Bu barədə “İzvestiya” İtaliyanın Verona və Paduya universitetlərinin mütəxəssislərinin ABŞ-dakı həmkarları ilə birlikdə apardıqları araşdırmalara istinadla xəbər yayıb.

Alimlər koronavirusa yoluxan xəstələrdə trombositlərin səviyyəsi barədə bir sıra elmi məqalələri tədqiq ediblər. Məlum olub ki, koronavirus xəstəliyi ölümlə nəticələnən pasiyentlərdə bu komponentlərin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşür.

Buna görə tibbi məkanda xəstənin vəziyyətinin pisləşməsinin proqnozu kimi trombosit səviyyəsinin göstəricisindən istifadə edilməsi təklif olunur. Bunun əsasında həkimlər virusa yoluxmuş şəxsin vəziyyətini qiymətləndirə və tibbi qərarlar qəbul edə biləcəklər.

Elm adamlarının sözlərinə görə, trombositlər qanın maye vəziyyətinin qorunmasına, qan damarlarının divarları zədələnərkən qanaxmanın dayanmasına və trombların durulaşmasına təsir göstərir. Bu sistemin pozulması bütün orqanizmin fəaliyyətində kəskin pisləşmə olduğunu göstərir.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR