Dərc edildi: Baxış sayı: 454
Koronavirusdan ölənlərin sayı 9 000-i ötdü
Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 9 276-ya çatıb.
“Report” xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi Çin (3 245), İtaliya (2 978), İran (1 284), İspaniya (767) və Fransada (264) qeydə alınıb.
Qeyd edək ki, infeksiya indiyədək 176 ölkə və regionda qeydə alınıb.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Dünyada koronavirus infeksiyasına indiyədək 225 237 insan yoluxub. Virusdan sağalanların sayı 85 823 nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət