Koronavirusdan ölənlərin sayı 1770 nəfərə çatdı
Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 70 548 nəfərə çatıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, koronavirusa yoluxanların 1 770 nəfəri ölüb, 10 844 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.
Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 2,43 faizdən 2,5 faizə yüksəlib.
Xəstələrdən 10 644 nəfərin vəziyyəti ağırdır. Virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 546 000 nəfəri müəyyən edib, onlardan 150 mini həkim nəzarətinə alınıb.
Bölgələr arasında Hubey əyaləti virusa yoluxmuş insanların sayına görə yenə birinci yerdədir. Belə ki, Hubey əyalətində 58 182 nəfər virusa yoluxub. Onların da 1 696 nəfəri ölüb, 6 639 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.
02:59***
Çinin Hubey əyalətində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə regionun Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.
Bildirilir ki, əyalətdə yeni virusdan ölənlərin sayı 1 696 nəfərə, yoluxanların sayı 58 182 nəfərə yüksəlib.
Gün ərzində 100 yeni ölüm hadisəsi baş verib. Yenilənmiş məlumatlara görə, Hubey üzrə koronavirusdan rəsmi ölüm nisbəti 2,82 faizdən 2,91 faizə qalxıb.
Bununla yanaşı, virusdan sağalanların da sayı artaraq 6 639 nəfərə çatıb.
Hubeydə xəstələrdən 8 min nəfərinin vəziyyəti ağır, 1 700 nəfərin isə çox ağırdır. Xəstələrlə yaxından təmasda olmuş 71 600 nəfər nəzarətdədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət