Slimfit
  1. DÜNYA

Koronavirusdan nə qədər insan öləcək? – Dünya alimlərindən bədbin proqnozlar

Koronavirusdan nə qədər insan öləcək? – Dünya alimlərindən bədbin proqnozlar
Sakura

Koronavirusdan nə qədər insan öləcək? – Dünya alimlərindən bədbin proqnozlar

Dünyada koronaviruslu xəstələrin sayı 725 min nəfəri, ölü sayı isə 34 mini keçib və sürətlə artmaqda davam edir. Hesab olunur ki, hazırda koronavirus testi verməmiş 1 milyon insan virusun dünyada yayılmasına rəvac verir. Pandemiyaya qarşı müxtəlif mübarizə üsulları, sosial təcrid siyasəti həyata keçirilsə də, hava-damcı yolu ilə insandan insana keçən virus yeni-yeni bölgələrə yayılır.

Modern.az xəbər verir ki, dünyanın aparıcı universitetləri virusun gələcək yayılma arealını, yoluxacağı insanların sayını və Yer kürəsi sakinlərini gözləyən potensial təhlükənin modelini hazırlamağa cəhd ediblər.

London kollecində hazırlanmış kompüter modeli 2020-ci ildə 7 milyard Yer kürəsi sakinin virusa yoluxacağını, onlardan 40 milyonunun isə öləcəyini göstərib. Avstraliya Milli Universitetinin ekspertləri isə başqa rəqəm söyləyir. Onların təxminlərinə görə, dünyada ən yaxşı halda 15 milyon insan koronavirusdan dünyasını dəyişəcək. Bədbin ssenari isə 68 milyon insanın ölümünü, 9 trilyon dollar iqtisadi zərərin olacağını göstərir.   

Bununla belə, hesablamaların nisbi xarakter daşıdığı və situasiyadan asılı olaraq dəyişəcəyi göstərilir.

Almaniya Federativ Respublikasının daxili işlər naziri Xorst Zeexoferin göstəriçi ilə hazırlanmış işçi sənəd koronavirusun ölkənin daxili siyasətinə hansı təsiri göstərəcəyini hesablamaq üçün tərtib olunub. Ssenariyə əsasən, 6 apreldən başlayaraq gündə 50 min koronavirus testi, aprelin 13-dən gündə 100 min test və ayın sonundan etibarən 200 min testin aparılması təklif olunur.

Hesabata görə, kütləvi şəkildə koronavirus testinin aparılması və sərt izolyasiya tədbirləri ən yaxşı ssenaridə 1 milyon ölkə sakininin yoluxmasına və 12 min nəfərin ölümünə yol açacaq. Əgər dövlətin sərt addımlar atmayacağı ssenari üzrə isə ölkədə yoluxma hallarının əhalinini 70%-ni əhatə edəcəyini, bu zaman intensiv müalicəyə ehtiyacı olan şəxslərin 80%-nin xəstəxanalarda lazımi tibbi yardımı ala bilməyəcəyini göstərir. Bu halda, Almaniyada 1 milyondan çox insan öləcək.

Böyük Britaniya hökumətinin isə koronavirusla bağlı hazırladığı sənəd ən pis halda 500 min ölkə sakininin virusdan öləcəyini proqnozlaşdırır. Düzgün məhdudlaşdırıcı addımların atılması halında isə ölü sayının 26 min nəfərə qədər azalması gözlənilir. Bu rəqəmlər İkinci Dünya Müharibəsindən bəri ölkədə ən sərt məhdudiyyətlərin təşkil edilməsindən xəbər verir.

Son proqnozlar hökumətin məhdudiyyətlərlə bağlı sərt qərarlarını davamlı saxlayacağı təqdirdə ölkədə yalnız 5700 nəfərin koronavirusdan öləcəyindən xəbər verir.

Hökumətin baş elmi məsləhətçisi Patrik Vallans isə parlamentdə çıxışı zamanı hər il ölkədə 8 min nəfərin qripdən, ümumilikdə, isə 600 min sakinin təbii səbəblərdən keçindiyini deyib. Elm xadimi koronavirusdan ölənlərin sayının ümumi statistikaya salınacağını əlavə edib.

Koronavirusun ən geniş yayıldığı ABŞ-da isə vəziyyət daha kritikdir. Belə ki, fövqəladə vəziyyətin elan olunduğu ölkədə COVİD-19-a qarşı mübarizəyə çox gec başlanılıb. Bu səbəbdən də xəstəliyin miqyasının genişlənməsi gözlənilir. “Nyu York Tayms” qəzeti ən pessimist proqnozlara görə 1,7 milyon amerikalının ölə biləcəyini hesab edir. Amma nikbin proqnozlar sərt izolyasiya addımları ilə xəstəlikdən ölənlərin sayını 150-200 minə qədər azaltmağın mümkünlüyünü göstərir.

ABŞ Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin ekspertləri yaxın 1 il ərzində 214 milyon amerikalınını bu virusa yoluxa biləcəyini, onlardan 21 milyonuna təcili yardımın göstərilməsi təxmin edir. Fərqli ssenarilərə görə 68 minlə 2 milyon arasında amerikalı 2020-ci ilin sonuna qədər COVİD-19-un qurbanı ola bilər.

Vaşinqton Universitetinin mütəsəssisləri isə pandemiyanın iyunun əvvəllərində sakitləşəcəyini amma bu müddətə qədər 5 milyona qədər amerikalıya yoluxacağını gözləyir.

Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp ölkəsində 200 minə qədər vətəndaşın koronavirsudan öləcəyi təqdirdə bunu səhiyyənin uğuru hesab edəcəyini deyib.

“Bu bizim uğurumuz sayıla biləcək. Çünki bəzi hesablamara görə, ABŞ-da koronavirus qurbanlarının sayı 2,2 milyon təşkil edə bilər”.

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR