Slimfit
  1. CƏMİYYƏT

"Koronavirusdan dünyasını dəyişənlərin meyitləri birbaşa ailələrinə verilir"- Baş İnfeksionistdən AÇIQLAMA

"Koronavirusdan dünyasını dəyişənlərin meyitləri birbaşa ailələrinə verilir"- Baş İnfeksionistdən AÇIQLAMA
Sakura

"Koronavirusdan dünyasını dəyişənlərin meyitləri birbaşa ailələrinə verilir"- Baş İnfeksionistdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi koronavirusdan dünyasını dəyişən qadının meytinin dəfn edilməsi üçün xəstəxanadan oğluna təhvil verilməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb. Videogörüntüdə koronavirusdan vəfat etmiş şəxslərin dəfnlə bağlı prosedur qaydalarının tam fərqli olduğunu deyən şəxs meyiti maşında aparır və özünün də virusa yoluxacağından ehtiyatlanır.

Koronaviruslu xəstələrin dünya təcrübəsində də xüsusi kombizonlu adamların iştirakı ilə dəfn edildiyini bilirik. Bunu və infeksiyanın yayılması riskini nəzərə alsaq, Azərbaycanda koronavirusdan dünyasını dəyişənlərin ailələrinə birbaşa təhvil verilməsi, dəfn mərasiminin ailəyə həvalə edilməsi nə dərəcədə doğrudur?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a Azərbaycanın baş infeksionisti Cəlal İsayev danışıb:

"Koronvirusdan dünyasını dəyişənlərin meyitlərini kim deyir ki, kombizonlu adamlar basdırır? Elə şey yoxdur. Koronaviruslu xəstələr rəhmətə gedən kimi adi müsəlman qaydasıyla, adi insanlar necə basdırılır onlar da elə basdırılır.

Koronavirusdan dünyasını dəyişənlərin meyitləri birbaş ailələrinə verilir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR