Dərc edildi: Baxış sayı: 476
Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə APARIBLAR
“Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacam”.
Ens.az xəbər verir ki, bu fikirləri Modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib.
Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:
“Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələ ki burda müalicə alıram”.
Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət